Modern.az

Elmar Məmmədyarov: “Ortada sənəd var, üzərində iş gedir”

Elmar Məmmədyarov: “Ortada sənəd var, üzərində iş gedir”

Aktual

30 İyun 2016, 16:06

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik, amma bu danışıqlar naminə danışıqlar olmamalıdır”. 

 

Modern.az-ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdəki sədri Frank Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə deyib.

 

Nazir bildirib ki, prezidentlərin yenidən görüşü olacaq:

 

“Bakıda danışıqlar aparılacaq, sonra isə prezidentlərin görüşü keçirilə bilər. Fransa tərəfindən təklif var, biz buna etiraz etmirik. Əsas odur ki, danışıqlarda nəticə əldə olunsun. Sülh yolu irəliləyiş istəyiriksə, danışıqlar üçün danışıqlar olmamalıdır”.

 

Sankt-Peterburqda substantiv danışıqların başladığını söyləyən nazir deyib ki, ortada sənəd var və onun üzərində iş gedir:

 

“Bu istiqamətdə işləsək, sülhə nail ola bilərik. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir, bizə yaxın və qonşu ölkədir. Rusiya üçün Cənubi Qafqazda sabitlik önəmlidir.

Biz Rusiyadan da, digər ölkələrdən də silah alırıq. Torpaqlarımız işğal altındadır, etnik təmizləmə olub”. 

 

Elmar Məmmədyarov ATƏT-in regionda rolunun böyük olduğunu deyərək bildirib ki, bu qurum Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır:

 

“Mən bilirəm ki, Almaniya regionda sabitliyin möhkəmlənməsinə çalışır. Təhlükəsizlik çox vacibdir, o pozulsa, iqtisadiyyat, insan hüquqları pozulur”.

 

Ağa AKİFOĞLU

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı