Modern.az

Türkiyədə partiya sədri istintaqa çağırıldı

Türkiyədə partiya sədri istintaqa çağırıldı

Aktual

30 İyun 2016, 16:14

Türkiyədə millət vəkillərinin toxunulmazlıq hüququnun ləğv olunmasının ardından HDP (Xalqların Demokratik Partiyası) sədri Səlahəddin Dəmirtaş ifadə verməyə çağırılıb.

 

Modern.az xəbər verir ki, Ankara Baş Prokurorluğu Dəmirtaşı Mersin şəhərində açılan cinayət işi səbəbilə ifadə verməyə çağırıb.

 

HDP sədri daha əvvəl verdiyi açıqlamada ifadə verməyə getməyəcəyini bildirib.

 

Qeyd edək ki, bundan əvvəl HDP-nin  Muş millət vəkilləri Ahmet Yıldırım və Burcu Özkan ifadə verməyə çağırılıb.

 

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?