Modern.az

İraq ordusu İŞİD-ə zərbə vurdu

İraq ordusu İŞİD-ə zərbə vurdu

Aktual

30 İyun 2016, 16:26

İraq ordusu  Mosulda İŞİD-ə qarşı başlatdığı əməliyyat nəticəsində bu gün 2 kəndi geri aldı.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İraq ordusu  bu gün səhər  saatlarından İŞİD-in mövqelərinə doğru əməliyyat başladıb. Nəticədə Derbaz və Kerame kəndləri terrorçu qruplaşmadan  geri alınıb.

 

ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin havadan dəstəyi ilə 4 bomba yüklü maşının da məhv edildiyi açıqlanıb.

 

 Qeyd edək ki, İŞİD 2014-cü ilin iyunundan təxminən 2 milyon insanın yaşadığı Mosulu əlində saxlayır.

 

Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır