Modern.az

Somalidə avtobus partladı: 18 ölü

Somalidə avtobus partladı: 18 ölü

30 İyun 2016, 17:25

Somalinin paytaxtı Moqadişuya 20 km yaxınlıqda yerləşən Lafolede qəsəbəsində terror aktı törədilib.

 

Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, yol kənarına yerləşdirilən bomba avtobus keçərkən partladılıb.

 

Partlamanın təsiri ilə avtobusla səyahət edən 18 sərnişin faciəvi şəkildə can verib.

 

Qeyd edək ki, ölkədə Əl Qaidə terror təşkilatına bağlı Əş Şəbab təşkilatı güclü mövqelərə malikdir.

 

Terror təşkilatı keçən həftə Moqadişuda bir otele basqın edib.

 

Hadisə nəticəsində 15 nəfər ölüb.

 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!