Modern.az

Ələt-Astara yolunda qəza: 1 ölü

Ələt-Astara yolunda qəza: 1 ölü

Aktual

30 İyun 2016, 18:41

Ələt-Astara yolunda Bakıdan Lənkərana gedən sərnişin avtobusu qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, hadisə Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində baş verib.

 

Bakı şəhər sakini Şahpələng Qasımov idarə etdiyi “Mercedes” markalı sərnişin avtobusu ilə Salyan rayon sakini Fərhad Fazil oğlu Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil toqquşub.

 

İlkin məlumata görə, qəza nəticəsində ağır xəsarət alan 1 nəfər - "VAZ-21011” markalı avtomobilin sürücüsü F.Məmmədov Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, orada ölüb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi