Modern.az

Bakıdakı hava limanı ərazisində ciddi yoxlanış

Bakıdakı hava limanı ərazisində ciddi yoxlanış

Aktual

30 İyun 2016, 21:16

İstanbulun Atatürk Hava Limanında baş verən terror aktından sonra Heydər Əliyev adına Beynəlxalq Hava Limanında da təhlükəsizlik tədbirləri gücləndirilib. Hazırda hava limanında olan Modern.az əməkdaşının verdiyi məlumata görə, hava limanının girişində avtomobillər xüsusi təhlükəsizlik avadanlıqları və itlər tərəfindən yoxlanılır. Avtomobillər yalnız ciddi yoxlamadan sonra aeroport ərazisinə buraxılır. Eyni zamanda artıq vətəndaşlar qonaqları qarşılamaq üçün hava limanı binasına buraxılmır. Ancaq binanın kənarında müəyyənləşdirilən xüsusi yerlərdə qonaqları gözləməyə icazə verilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı