Modern.az

Maşın bazarında yanğın - Yenilənib, Video

Maşın bazarında yanğın - Yenilənib, Video

Aktual

30 İyun 2016, 22:23

Fövqəladə Hallar Nazirliyi "Maşın bazarı"ndakı yanğınla bağlı məlumat yayıb. Modern.az saytı nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, maşın bazarında mağazalardan birində yanğın hadisəsi baş verib.

Dərhal yanğının söndürülməsinə qüvvə və vasitələr cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.

 

21:41

 

Bakının Nizami rayonunda "maşın bazarı" kimi tanınan ərazidəki mağazaların birində yanğın başlayıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Məlumata görə, yanğın bazarın giriş hissəsində yerləşən15-20 mağazaya yayılıb.  Hadisə yerində FHN  qərargah yaradılıb.  Sahibkarlar mallarını mağazalardan çıxarmağa cəhd edirlər.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir