Modern.az

"Neftçi" klubu Avroliqaya qələbə ilə başladı

"Neftçi" klubu Avroliqaya qələbə ilə başladı

Aktual

30 İyun 2016, 22:11

Bu gün Bakının "Neftçi" klubu Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu keçirib. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, Bakı klubu Maltada "Baltsan"ın qonağı olub.

"Hibernians" stadionunda keçirilən oyunda hesabı 14-cü dəqiqədə Rəhman Hacıyev açıb. Tədricən rəqib qarşısında üstünlüyünü artıran Bakı klubu 84-cü dəqiqədə 2:0 hesabı ilə önə keçib: Ruslan Qurbanov penaltini qola çevirib. Görüş bu hesabla da başa çatıb.

Beləliklə paytaxt təmsilçisi səfərdən sərfəli nəticə ilə geri dönməyi bacarıb. Cütün qalibi "Şkendiya" (Makedoniya) və "Krakoviya" (Polşa) komandalarının güclüsü ilə II təsnifat mərhələsində üz-üzə gələcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?