Modern.az

TQDK imtahan nəticələrini yoxlamağa BAŞLADI

TQDK imtahan nəticələrini yoxlamağa BAŞLADI

1 İyul 2016, 09:49

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən iyunun 30-da keçirdiyi buraxılış imtahan protokollarının və cavab kartlarının emalına başlayıb.

 

TQDK-dan Modern.az-a verilən məlumata görə, nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

 

İmtahanlar iyunun 30-da Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şamaxı, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı şəhər və rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirib.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir