Modern.az

Putin və Olland Qarabağ münaqişəsini müzakirə ediblər

Putin və Olland Qarabağ münaqişəsini müzakirə ediblər

Qarabağ

1 İyul 2016, 11:09

Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Ollandla Qarabağa münaqişəsini müzakirə edib.

 

Modern.az xəbər verir ki, Kremlin rəsmi saytında qoyulan məlumata görə, telefon danışığı zamanı Putin Sankt-Peterburqda baş tutan üçtərəfli Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə Ollandı məlumatlandırıb.

 

Hər iki ölkə başçısı münaqişənin həlli üçün səylərin davam etdirilməli olduğunu deyib.

 

“Bu istiqamətdə Minsk qrupu çərçivəsində aktiv danışıqların aparılması barədə razılıq əldə olunub”- deyə Krmelin rəsmi saytında deyilir.

 

Putinlə Olland Ukraynadakı münaqişəni və Böyük Britaniyanın Avropa Birliyindən çıxmasını da müzakirə ediblər.

 

Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!