Modern.az

Prezident narkomanları öldürməyə çağırdı

Prezident narkomanları öldürməyə çağırdı

1 İyul 2016, 11:49

İyunun 30-da and içən Filippinin yeni prezidenti Rodriqo Duterto Davao sakinləri ilə görüşdə narkomanları öldürməyə çağırış edib. Modern.az xarici mediaya istinadən bildirir ki, o, qonşuluğunda narkoman yaşayan hər kəs haqda dərhal hüquq-mühafizə orqanlarına zəng etməyi də məsləhət görüb.

“Əgər onlar sizin yaxınlığınızda yaşayırsa, buyurun, bizə, yaxud polisə zəng edin, əgər silahınız varsa, onları özünüz öldürün. Narkomanları öldürün, mən sizə medal orden verəcəyəm”, - Duterte deyib.

Dövlət başçısı bundan əvvəl ölüm hökmünü geri qaytarmaq niyyətində olduğunu da bəyan etmişdi.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir