Modern.az

“DəmirBank”ın dəmirini niyə əritmək istəyirlər?

“DəmirBank”ın dəmirini niyə əritmək istəyirlər?

İqtisadiyyat

1 İyul 2016, 12:51

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyun ayı üzrə banklar ilə bağlı olaraq analiz işini yekunlaşdırıb.

 

2016-ci ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 23235 xəbər yerləşdirilib – bu xəbərlrədən 10800 xəbərdə konkret bank adı çəkilib: 10515-i neytral, 285-i isə mənfi  xəbərdir.  

 

Mənfi xəbərlər arasında “liderlər”: DəmirBank (63  xəbər - Dəmirbank maxinasiyalari: dələduzluq etmək istəyən bu banka gəlsin), Unibank Kommersiya Bankı (40 xəbər - Unibankın intihar üsulu: insanlar banka görə ölümə hazırlaşır - şok), Zaminbank (30 xəbər - Zamin Bankda müdhiş dələduzluq).

 

Beynəlxalq Bank

1970 xəbər

Kapital Bank

840 xəbər

DəmirBank

512 xəbər

Bank of Baku

458 xəbər

Unibank Kommersiya Bankı

456  xəbər

 

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1952 xəbər dərc edilib – 565 xəbərdə konkret bankın adı hallanıb.

 

Bu xəbərlərdən 562 xəbər neytral, 3-ü isə mənfi xəbərdir. DəmirBank (1 xəbər - Dəmirbank əmanətçilərin şikayətlərini  təmin etmir), TuranBank (1 xəbər - Turanbankın yalan vədləri), Unibank Kommersiya Bankı (1 xəbər - Ölü bankların sayı artır) mənfi xəbərlər arasında liderdir.

 

 

Xəbər sayına görə sıralama:

 

Beynəlxalq Bank

176 xəbər

Kapital Bank

48 xəbər

PAŞA Bank

30 xəbər

VTB Bank

28 xəbər

Bank Respublika

22 xəbər

 

 

İyun  ayında televiziya kanallarında banklar haqqında 419 neytral xəbər göstərilib – 46 xəbərdə hər hansı bankın adı çəkilib.  

 

 

Xəbər sayına görə sıralama:

 

Beynəlxalq Bank                                                     15 xəbər

Bank Standard                                                         8 xəbər

Azər-Türk Bank                                                        6 xəbər

DəmirBank                                                               3 xəbər

 

Caspian Development Bank                                      3 xəbər

 

İyun ayında radio kanallarında banklar haqqında xəbər səslənməyib. 

 

 

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır