Modern.az

Tərtərdə intihar edən qadının əmisi DANIŞDI: “Lənət şeytana”

Tərtərdə intihar edən qadının əmisi DANIŞDI: “Lənət şeytana”

1 İyul 2016, 13:11

Tərtər rayonu, Bəyim Sarov kənd sakini, 30 yaşlı Pərvanə Dünyamalıyevanın intiharı ilə bağlı yeni faktlar məlum olub. İlkin ehtimal onun ailə münaqişəsi zəminində intihar etdiyini göstərir. Çünki, qadın canına qəsd edən vaxt ailə üzvləri evdə olub...

 

Bu haqda Modern.az saytına məlumat verən Bəyim Sarov kənd icra nümayəndəsi Surxay Hüseynov hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığını deyib:

 

“Biz də eşitdik ki, 4 uşaq anası yaşadığı evdə özünü asaraq intihar edib. Onun 4 azyaşlı uşağı - 3 oğlu, 1 qızı var. Ən kiçiyi qızdır, 1 yaş 2 aylıqdır, böyüyünün 6 yaşı var.

 

Pərvanə Dünyamalıyeva qaynanası ilə birlikdə yaşayırdı, yoldaşı da təsərrüfatla məşğul idi. Çox sakit, mehriban, öz gücünə dolanan ailə idi.

Gəlinin qaynanası ilə də münasibətləri çox normal idi. İşləmirdi, evdar xanım idi”.

 

İcra nümayəndəsi intihar edən qadının ruhi xəstəliyi, psixi durumunun yerində olub-olmaması ilə bağlı məlumatlı olmadığını bildirib...

 

P.Dünyamalıyevanın əmisi Zakir bəy Modern.az saytına deyib ki, qardaşı gəlini özünü həyətdəki tövlədən asıb:

 

“Pərvanə keçib tövləyə, ayağının altına balaca kötük qoyub, ipi boynuna keçirib özünü asıb. Həmin vaxt əri də, qaynanası da evdə olub. Pərvanənin heç bir xəstəliyi olmayıb. Amma yoldaşı ilə dalaşmayıblar da. Lənət şeytana, görünür ayrı səbəb olub”.

 

Mərhumun əmisi “mən bu haqda danışa bilmərəm” dedikdən sonra telefonu söndürüb.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər