Modern.az

Bakıda bankomatdan başqasının pulunu OĞURLADI

Bakıda bankomatdan başqasının pulunu OĞURLADI

Aktual

1 İyul 2016, 14:49

 

Bakıda başqasına məxsus kartdan pul çəkən şəxs tutulub. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

 

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs Bakı şəhər sakini, Fəxrəddin Sadıqovdur.

 

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, onun ötən il dekabrın 7-də Əfsanə İbrahimovaya məxsus bankomat kartından pul oğurlamasına əsaslı şübhələr yaranıb.

 

Bildirilib ki, şübhəli bilinən şəxs əvvəllər də məhkum olunub.

 

Onun oğurladığı məbləğ 320 manatdır.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır