Modern.az

ATƏT PA-nın yay sessiyası BAŞLADI

ATƏT PA-nın yay sessiyası BAŞLADI

1 İyul 2016, 15:24

 

“ATƏT Parlament Assambleyasının Tbilisidə 25-ci yay sessiyasının plenar iclası artıq başlayıb”.

 

Bu barədə Modern.az saytına açıqlamasında ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Tahir Mirkişili məlumat verib.

 

Deputat ATƏT PA-nın 25-ci yay sessiyasının plenar iclasında müzakirə oluna ilkin məsələləri açıqlayıb:

“-ATƏT və onun parlament assmableyası arasında əlaqələrin möhkəmlənidrilməsi

-ATƏT PA-nın üzvblərinin ATƏT-in rəsmi tədbirlərində maneəsiz iştirakının təmin olunması  

25-ci yay sessiyasının plenar iclasında ilkim müzakirə olunacaq”.

Artıq sessiyanın plenar iclasının açlışında Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Gürcüstan parlamentinin sədri David Usupaşvili, baş nazir Giorgi Kvirikaşvili, ATƏT PA-nın prezidenti İlkka Kanerva və ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer çıxış ediblər.

 

ATƏT PA-nın yay sessiyada Dağlıq Qarabağ münaqişə zonasında son hərbi eskalasiya da daxil olmaqla Ukraynadakı münaqişə, Gürcüstanda həlli uzadılmış konfliktlər müzakirə olunacaq.

Krımdakı fundamental azadlıqlar, Avropada neonasizm, iqlim dəyişikliyi ilə bağlı məsələlər əsas müzakirə mövzuları olacaq.

 

Sessiyanın ilk günü  “Parlament əməkdaşlığının 25 ili: dialoq vasitəsilə etimadı gücləndirərək...” mövzusuna həsr olunub. 

 

Yay sessiyasında dünyanın 50-yə yaxın ölkəsindən 300-ə qədər parlament üzvü təhlükəsizlik, insan haqları, iqtisadiyyat və ərtaf mühit məsələləri ilə əlaqədar bu gün ən aktual məsələlərlə bağlı müzakirələr keçirəcək və qətnamələr qəbul edələcəyi gözlənilir.

 

Xatırladaq ki, Azərbaycanın ATƏT  PA-dakı nümayəndə heyəti də sessiyada iştirak edir.

 

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir