Modern.az

Neft və Sənayə Universitetində yeni TƏYİNAT

Neft və Sənayə Universitetində yeni TƏYİNAT

Media

1 İyul 2016, 15:36

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinə direktor təyin olunub.

 

Bu barədə Modern.az saytına departament direktoru vəzifəsinə yenicə təyinat alan Bəhruz Nəzərovun özü məlumat verib.

 

Bəhruz  Nəzərov 1997-ci ildən KİV sahəsində çalışır. 1997-ci ildə “Space” də müxbir vəzifəsində fəaliyyətə başlayan Bəhruz Nəzərov bir sıra elektron və yazılı KİV-lərdə şöbə müdiri , baş redaktor, icraçı direktorun müavini vəzifələrində çalışıb.

 

O eyni zamanda 2011-2012-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin, daha sonra isə Sambo Federasiyasının mətbuat xidmətinin rəhbəri olub. Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının doktorantıdır.

 

Xatırladaq ki, ADNSU-nun 684 nəfərdən ibarət professor-müəllim heyəti, təqribən 9000 nəfər tələbəsi var.

 

Qısa müddət ərzində ADNSU-da aparılan islahatlar sayəsində tələbələrə verilən təhsilin keyfiyyətinin yüksəldilməsi, onların biliklərinin obyektiv qiymətləndirilməsi, eləcə də professor-müəllim heyətinin kvalifikasiya dərəcəsinin və əmək haqlarının yüksəldilməsi, universitetin maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb.

 

Aparılan islahatların nəticəsi olaraq ADNSU qarşısına növbəti beş il ərzində dünyanın aparıcı ali təhsil məktəbləri sırasına daxil olmaq məqsədini qoyub.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür