Modern.az

“Baku Steel Company”dəki partlayışa görə cinayət işi BAŞLANDI

 “Baku Steel Company”dəki partlayışa görə cinayət işi BAŞLANDI

1 İyul 2016, 15:51

 

“Baku Steel Company” zavodunda 3 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanıb.

 

Modern.az-ın məlumatına görə, hadisə ilə bağlı Nərimanov rayon Pokurorluğunda Cinayət Məcəlləsini 162.1-ci (Əmək mühafizəsi qaydalarını pozma- texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa) maddəsilə cinayət işi başlanıb.

 

Xatırladaq ki, “Baku Steel Company” zavodunda baş vermiş partlayış nəticəsində 3 nəfər xəsarət alıb və yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onlardan 1982-ci il təvəllüdlü Natiq Salmanovun səhhəti ağır olduğundan dərhal əməliyyat olunub və hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Digər yaralı - 1971-ci il təvəllüdlü Məmməd Kərimov ayaq nayihəsindən sınıqla, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrəddin Səfərov isə yüngül xəsarətlə palata şəraitində müalicə olunurlar.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı