Modern.az

“Azərbaycanda dövlət qulluğu üzrə təlimə dəstək” layihəsi imzalandı

“Azərbaycanda dövlət qulluğu üzrə təlimə dəstək” layihəsi imzalandı

1 İyul 2016, 17:01

 

Bu gün Dövlət İdarəçilik Akademiyasında "Azərbaycan Respublikasında dövlət qulluğu üzrə təlimə dəstək" adlı birgə layihənin imzalanma mərasimi keçirilib. 

 

Modern.az xəbər verir ki, layihə sənədi Birləşmiş Millətlər Təşkilatının Rezident nümayəndəsi , Qulam İsaqzai və Dövlət idarəçilik akademiyasının rektoru ,akademik Urxan Ələkbərov tərəfindən imzalanıb.

 

Layihə Birləşmiş Millətlər Təşkilatının İnkişaf proqramı (BMTİP) tərəfindən Dövlət idarəçilik Akademiyası ilə birgə həyata keçiriləcək və BMTİP və Avropa ittifaqı tərəfindən birgə maliyyələşdirilir.

 

Sənədə əsasən, ümumilikdə 500 nəfərdən çox insan layihədən yararlanacaq.

Rektor Urxan Ələkbərov bildirib ki, bu gün Azərbaycanda çevik dövlət quluğu sistemi formalaşıb.

Qulam İsaqzai, əsasən inkişaf  etməkdə olan ölkələrdə BMT-nin Davamlı inkişaf gündəliyini tam həyata keçirmək üçün dövlət qulluğunun səmərəliyi və effektivliyinin vacibliyini vurğulayıb.

“Dövlət qulluqçularının peşə inkişafını davam etdirmək və əlaqələndirmək üçün təlim mərkəzinin yaradılması çoç vacibdir.

Azərbaycan dövlət qulluqçuları ilə təlim mərkəzlərinin yaradılması həmçinin regionda dövlət qulluğu sistemlərini inkişaf etdirməyə can atan digər ölkələrə yardım etmiş olacaq”.

 

O, Avropa İttifaqının nümayəndəliyinə layihəyə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

 

Tədbirin sonunda imzalanma mərasimi baş tutub.

 

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı