Modern.az

Bakıda jurnalist BIÇAQLANDI

Bakıda jurnalist BIÇAQLANDI

1 İyul 2016, 17:11

 

Jurnalist Fərəməz Novruzoğlu Bakıda bıçaqlanıb.


Modern.az-ın xəbərinə görə, bu barədə jurnalist Əvəz Zeynallı məlumat verib. 

Hadisə ötən gecə saat 02:00 radələrində baş verib:

 

“Fərəməz gecə 02:00 radələrində tanımadığı bir gənc tərəfindən bıçaqlanıb. Fərəməzi öldürmək niyyəti ilə vurublar Fərəməzi. Fərəməzlə görüşdüm. Danışıqlarından siyasi sifariş qoxusu gəlir.

 

İndi də həkimlərdən və başqa hadisələrdən Fərəməzi qorumaq lazımdır.

Fərəməz Novruzoğlunun aldığı bıçaq yarası 20 sm dərinliyə işləyib. Böyrəyə dəyməkdən qıl payı qurtarıb. Fərəməzin  1 bıçaq yarasından xəbəri var imiş.

Amma həkimin dediyinə görə, 2 bıçaq yarası var. 3-cü isə düz ürəyinə istiqamətlənib, amma Fərəməzin cəld tərpənməsi onu ölümdən qurtarıb”- deyə jurnalist Əvəz Zeynallı bildirib.


Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir