Modern.az

 “Baku Steel Company”də baş verən partlayışa görə təhqiqat aparılır

 “Baku Steel Company”də baş verən partlayışa görə təhqiqat aparılır

Aktual

1 İyul 2016, 17:16

"Baku Steel Company" zavodunda bu gün baş verən partlayışın səbəblərinin öyrənilməsi üçün nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti müvafiq qurumlarla birgə təhqiqat aparır.

 

Bunu Modern.az saytına açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

 

O, ilkin məlumatlara əsasən bildirib ki, xəsarət alanların ikisi zavodda qaynaqçı vəzifəsində çalışan Elsevər Əlisahib oğlu İbadullayev və Nüsrəddin Abdulxalıq oğlu Səfərovdur:

“Digər 3 yaralı başqa təşkilatların işçiləridir”.

E.Babayev hazırda təhqiqat aparıldığı üçün daha ətraflı məlumat verməyin mümkün olmadığını deyib: “Hadisənin hansı şəraitdə baş verdiyi təhqiqatın nəticələrindən sonra bəlli olacaq”.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!