Modern.az

Azərbaycanda 1565 partlamamış mərmi aşkarlanıb

Azərbaycanda 1565 partlamamış mərmi aşkarlanıb

Aktual

1 İyul 2016, 17:52

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) iyulun 1-də Agentlik tərəfindən Tərtər, Ağdam və Füzuli rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatı açıqlayıb.

 

Modern.az –ın məlumatına görə hesabatda bildirilib ki, Tərtər rayonu, Çaylı kəndində 1 fermada 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 7 500 kv. m ərazi yoxlanılıb.

 

Cəmi 1 ferma, 4 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək, götürülüb, nəticə etibarı ilə 7 500 kv. m ərazi yoxlanılıb.

 

Ağdam rayonu, Qaradağlı kəndində 1 ev və həyətyanı sahə, 2 əkin sahəsi, 4 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 4 100 kv. m ərazi yoxlanılıb.

 

Cəmi 1 ev və həyətyanı sahə, 2 əkin sahəsi, 4 partlayış yeri, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 4 100 kv. m ərazi yoxlanılıb.

 

Füzuli rayonu, Horadiz şəhərində 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi və 125 mm-lik tank mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 3 300 kv. m ərazi yoxlanılıb.

 

Cəmi 2 əkin sahəsi, 2 partlayış yeri, 2 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi və 125 mm-lik tank mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 3 300 kv. m ərazi yoxlanılıb.

 

DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatına görə isə iyulun 1-də 1 ev və həyətyanı sahə, 1 ferma, 4 əkin sahəsi, 10 partlayış yerinə baxış keçirilib, 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi, 1 ədəd 125 mm-lik tank mərmisi və 1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülmüş, gün ərzində 14 900 kv. m ərazi təmizlənib.

 

Ümumilikdə Agentlik tərəfindən 7 aprel - 1 iyul tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 29 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 565 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi