Modern.az

Məsciddə bomba həyəcanı yaşanıb

Məsciddə bomba həyəcanı yaşanıb

Aktual

1 İyul 2016, 18:10

Türkiyənin Adana şəhərində məscidlərin birində canlı bomba həyacanı yaşanıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, cümə xütbəsi oxunan zaman bir nəfər canlı bomba olduğunu deyib imama tərəf qaçıb.

 

Mikrofonu imamın əlindən alan şəxs "özümü partladacağam" deyərək qışqıranda məsciddə böyük həyəcan yaşanıb.

 

İzdiham olduğundan məsciddən həyətə qaçmaq istəyənlərin arasından xəsarət alanlar olub.

 

Diyarbəkirli olduğu bildirilən Mahmut Kılıçarslan Adana polis şöbəsinə aparılıb.

 

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu