Modern.az

Təmraz Tağıyev Azərbaycanı Avropa Şurasında təmsil edəcək

Təmraz Tağıyev Azərbaycanı Avropa Şurasında təmsil edəcək

1 İyul 2016, 18:30

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosasiyasının İdarə Heyətinin iclası keçirilib. İclasda Prezident Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov, assosasiyanın  sədri Təmraz Tağıyev və idarə heyətinin üzvləri iştirak edib.  

Bu barədə Belediyye.info-ya daxil olan məlumata görə, assosasiyanın İdarə Heyətinin iclasında Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin yeni tərkibinin təsdiqi və Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sisteminin tətbiqi barədə məsələlər müzakirə edilib.  İdarə Heyətinin qərarı ilə Təmraz Tağıyev Azərbaycanı Avropa Şurasında təmsilçi seçilib. 

Bildirilib ki, bələdiyyələrin fəal iyyətinin səmərəli təşkili üçün yerli büdcənin lazımi səviyyədə formalaşdırılması, yerli vergi və ödəniş ödəyicilərinin, habelə vergitutma və ödəniş tətbiq edilən obyektlərin uçotunun düzgün aparılması, bununla da bələdiyyələrin maliyyə-iqtisadi potensialının əsaslarının gücləndirilməsi prioritet məsələdir.

Müzakirələrdən sonra Idarə Heyətində yerli vergi və ödənişlərinavtomatlaşdırılmış məlumat sistemi proqramının bütün bələdiyyələrdə tətbiqi, həmçinin bununla bağlı regional seminarların keçirilməsinə dair qərar qəbul edilib.


Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?