Modern.az

ABŞ-ın son 23 ildə Azərbaycana etdiyi yardımın məbləği AÇIQLANDI

ABŞ-ın son 23 ildə Azərbaycana etdiyi yardımın məbləği AÇIQLANDI

1 İyul 2016, 21:41

“Rəsmi Vaşinqton son aylar Azərbaycanda insan haqları sahəsində əldə edilən irəliləyişi yüksək qiymətləndirir. Ümid edirik ki, Azərbaycan bu istiqamətdə işləri davam etdirəcək. ABŞ Azərbaycanla bir çox sahələr daxil olmaqla,  üç əsas istiqamətdə - təhlükəsizlik, iqtisadiyyat və insan haqları sahələrində əməkdaşlıq etməkdə davam edir”. Modern.az saytı xəbər verir ki, bunu ABŞ-ın müstəqillik günü ilə bağlı keçirilən qəbulda bu ölkənin Azərbaycandakı səfiri Robert Sekuta bildirib.

 

Səfir vurğulayıb ki, rəsmi Vaşinqton demokratik, güclü və inkişaf edən Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək prinsiplərinə sadiqdir: “ABŞ 90-cı illərin əvvəllərindən Azərbaycann neft və qaz layihələrinə dəstək və yardım edib, müasir iqtisadiyyat və dövlət qurmaq kömək edib.  Yeni institutlar və demokratiya qurmaq üçün Azərbaycanla təcrübələrimizi bölüşmüşük. Azərbaycanın Əfqanıstana sülhməramlı göndərməsini yüksək qiymətləndiririk.  ABŞ Azərbaycana 1993-cü ildən 1.3 milyard dollar yardım edib. Əvvəl Azərbaycana  humanitar yardım edirdik, indi isə geniş sahələrdə əməkdaşlıq edirik".

 

Daha sonra çıxış edən Azərbaycan maliyyə naziri Samir Şərifov bildirib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb: “Bir neçə ay sonra diplomatik münasibətlərimizin 25 illiyi qeyd olunacaq. Biz bunu yüksək qiymətləndiririk, əməkdaşlığımızın  strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsində olmasına və fəal siyasi dialoqa önəm veririk. Ümidvarıq ki, Minsk qrupunun həmsədri kimi ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səylərini daha da artıracaq. Azərbaycan torpaqlarının işğalına son qoyulmasının, ərazi bütövlüyünün bərpasının, qaçqın və məcburi köçkünlərin öz vətənlərinə qayıtmasının regionda rifaha öz töhfəsini verəcəyinə əminik".

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?