Modern.az

İbrahimoviç “Mançester Yunayted”lə müqavilə imzaladı

İbrahimoviç “Mançester Yunayted”lə müqavilə imzaladı

1 İyul 2016, 22:34

İngiltərənin “Mançester Yunayted” klubu hücumçu Zlatan İbrahimoviçlə müqavilə imzaladığını rəsmən elan edib.  Modern.az xarici mediaya istinadən bildirir ki, 34 yaşlı isveçli forvard buna qədər Fransanın PSJ klubunda oynayıb. O, komandanın heyətində keçirdiyi 180 oyunda 156 qol vurub.

İbrahimoviç 4 müxtəlif ölkənin milli çempionatında qalib olub. “Mançester Yunayted”in yeni transferi İsveç milli komandasında keçirdiyi 116 oyunda 62 dəfə fərqlənib.  O, Fransada keçirilən Avropa çempionatının 1/16 final mərhələsində İsveç uduzduqdan sonra  millidəki çıxışını dayandırdığını elan edib.

Onun İngiltərə klubu ilə müqaviləsi bir illikdir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub