Modern.az

"Avro-2016": Uels yarımfinalda

"Avro-2016": Uels yarımfinalda

Aktual

2 İyul 2016, 00:56

"Avro-2016"nın 1/4 final mərhələsinin daha bir oyunu yekunlaşıb. Modern.az saytı xəbər verir ki, bu dəfə Uels – Belçika milli komandaları üz-üzə gəlib. Oyunda hesabı 13-cü dəqiqədə Belçikanın oyunçusu Raca Nainqolan açıb. Amma oyunun 31-ci dәqiqәsində Uliyams hesabı bərabərləşdirib. 55-ci dәqiqәdə Uels oyunçusu Robson-Kanu komandasının 2-ci qolunu vurub. Oyunda son noqtəni isə 86-cı dәqiqәdədə Vokes qoyub. Onun qolu ilə Uels Belçikaya 3:1 hesabı ilə qalib gəlib. Bununla da "Avro-2016"nın daha bir surpriz nəticəsi qeydə alınıb.

Qeyd edək ki, yarımfinalda  Uels Portuqaliya millisi ilə qarşılaşacaq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır