Modern.az

Azərbaycanın daxili işlər nazirləri - Biri kabinetində güllələndi, digəri isə...

Azərbaycanın daxili işlər nazirləri - Biri kabinetində güllələndi, digəri isə...

Aktual

2 İyul 2016, 11:13

Daxili işlər orqanları ölkədə təhlükəsizliyin təmin olunmasında, ictimai asayişin qorunmasında, təhlükələrin qarşısının alınmasında böyük əhəmiyyət kəsb edir.

 

Azərbaycanda polis sisteminin təşəkkülü hələ ötən əsrin 20-ci illərinə gedib çıxır. 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra bir sıra vəzifələr təsis olundu. Bu mühüm postlardan biri də daxili işlər naziri vəzifəsi idi.

 

2 iyul Azərbaycanda polis işçilərinin peşə bayramı günüdür.

 

Modern.az bunu nəzərə alıb Azərbaycanın daxili işlər nazirlərinin siyahısını təqdim edir.

Azərbaycan birinci dəfə müstəqillik qazananda hökumətdə ilk daxili işlər naziri Fətəli Xan Xoyski olub. O, 1918-ci ilin mayın 28-dən iyunun 17-nə qədər bu vəzifəni icra edib.

Daha sonra isə Behbudxan Cavanşir 1918-ci ilin dekabr ayının 12-nə qədər Fətəli Xan Xoyskinin xələfi olub.

Bundan sonra isə AXC devrilənə qədər aşağıdakı şəxslər ölkədə DİN rəhbəri postunda əyləşib.

Xəlil bəy Xasməmmədov (26.12.1918 – 16.06.1919),

Nəsib bəy Yusifbəyov (16.06.1919 – 22.12.1919),

Məmmədhəsən Hacinski (22.12.1919 – 15.02.1920),

Mustafa bəy Vəkilov (15.02.1920 – 28.04.1920)

Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra isə daxili işlər naziri vəzifəsində çalışanlar bunlar olub.

Həmid Sultanov (28.04.1920 – 01.06.1921)

Mircəfər Bağırov (05.10.1921 – 22.05.1927),

Novruz Rzayev (22.05.1927 – 10.07.1929),

Stepan Yemelyanov (01.08.1929 – 05.02.1941),

Mirteymur Yaqubov (06.03.1941 – 01.06.1943),

Ağasəlim Atakişiyev (10.07.1943 – 06.06.1953),

Anatoli Quskov (08.08.1953 – 25.03.1954),
İvan Buliqa (30.04.1954 – 10.07.1956), 

Əli Kərimov (11.08.1956 – 05.02.1960),

Xəlil Məmmədov (03.11.1960 – 05.01.1965),

Məmməd Əlizadə (05.01.1965 – 19.03.1970)

Arif Heydərov (19.03.1970 – 20.07.1978)

 

Arif Heydərovun həyatı isə faciəli sonluqla bitib. O, 1978-ci ilin iyulunda xidməti kabinetində güllələnərək öldürülüb. Aparılan istintaq zamanı məlum olur ki, Arif Heydərovu Şuşa həbsxanasının kapitan rütbəli zabiti Ziya Muradov öldürüb.

Azərbaycan Dövlət Təhülkəsizlik Komitəsinin (DTK) sabiq sədri Vaqif Hüseynov "Bir ömürdən də çox” kitabında Arif Heydərovun ölümündən yazarkən bildirib ki, Şuşa türməsinin klubunda məskunlaşan Ziya Muradovun işləri qaydasında deyildi.

 

"Arvadı axırda valideynlərinin yanına qayıdıb, çünki soyuq, rahatlığı olmayan məkanda kiçik uşaqla qalmaq qeyri-mümkün idi. Kapitan rəhbərliyə onu başqa işə, bəlkə də yüksək dağ yamacından aşağıda bir yerə keçirməklə bağlı şikayət və yalvarışlı xahişlərlə dolu raportlar göndərib. Məktublar nazirliyin kabinetlərində it-bata düşüb. Onun qəbul etməkdən də imtina edirdilər”.

Arif Heydərovdan sonra - 

Cəfər Vəliyev (04.11.1978 – 06.04.1987)

Aydın Məmmədov (07.04.1987 – 09.05.1990)

Məhəmməd Əsədov (23.05.1990 – 18.11.1991) 

 

Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra (1991-ci ilin 18 oktyabrı) Məhəmməd Əsədov ilk daxili işlər naziri olub. Lakin o bu vəzifəyə hələ Azərbaycan SSRİ-nin tərkibindən çıxmamış təyin olunmuşdu (23.05.1990).

 

1991-ci il noyabrın 20-də dövlət xadimləri ilə birlikdə Qarakənddə vertolyotun vurulması nəticəsində ölənlər arasında Məhəmməd Əsədov da olub.

Sonrakı siyahı isə belədir: 

Tofiq Kərimov (18.11.1991 – 20.02.1992), 

Tahir Əliyev (24.02.1992 – 25.05.1992),

İsgəndər Həmidov (26.05.1992 – 16.04.1993),

Abdulla Allahverdiyev (21.04.1993 – 25.06.1993),

Vaqif Novruzov (07.07.1993 – 29.04.1994), 

Ramil Usubov (29.04.1994-cü ildən indiyə kimi).

 

Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!