Modern.az

Doqquz ayda narkotiklərlə bağlı 1956 nəfər saxlanılıb

Doqquz ayda narkotiklərlə bağlı 1956 nəfər saxlanılıb

27 Oktyabr 2009, 18:59

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, 2009-cu ilin doqquz ayında Azərbaycan ərazisində narkotiklərlə bağlı 2562 cinayət faktı qeydə alınıb. Onlardan 1007-si satışla bağlıdır. Modern.az xəbər verir ki, hesabat dövründə ayrı-ayrı şəxslərdən 1 ton 755 kiloqram 518 qram narkotik vasitə, o cümlədən 270 kiloqram 116 qram heroin, 199 kiloqram 0,77 qram tiryək, 1 ton 105 kiloqram 663 qram həşiş, 181 kiloqram 0,87 qram marixuana, 11 kiloqram 110 qram həşiş qətranı, 5 kiloqram 317 qram metamfetamin, 3 kiloqram 294 qram psixotrop maddələr və onların prekursorları, 186 min 530 narkotik tərkibli dərman preparatı və s. götürülüb. Bütün bunlara görə cari ilin doqquz ayında 1956 nəfər saxlanılıb. Saxlanılanların 64-ü əcnəbidir. Əcnəbi vətəndaşlardan 286 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülüb. Tədbir çərçivəsində qanunsuz əkilib-becərilmiş və yabanı bitmiş 448 tondan çox narkoxassəli bitkilər aşkar olunaraq məhv edilib.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir