Modern.az

Prezident VİP otaqdan imtina etdi

Prezident VİP otaqdan imtina etdi

2 İyul 2016, 21:41

İslandiyanın yeni prezidenti Qvodni Youxanneson Avropa çempionatında milli komandaın oyununu fantlar ilə birgə meydandan baxacaq. Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, prezident VİP otaqdan imtina edib. O, İslandiya yığmasını digər azarkeşlər kimi tribunada dəstəkləyəcək.

 

“Nəyə görə mən VİP otaqda oturub şampan içməliyəm? Bunu mən dünyanın istənilən nöqtəsində edə bilərəm. Mən meydanda İslandiya yığmasının formasını geyinib fanatlar ilə birgə yığmanı dəstəkləyəcəm.  Fransaya qarşı hörmətim var, amma onlar bizi zəif bilməməlidirlər”,- deyə Qvodni Youxanneson bildirib.

 

Youxanneson bir neçə gün əvvəl prezident seçkilərində qalib gəlib. O, tərcüməçi və İslandiya tarixi üzrə mütəxəssisdir. İslandiya millisi sabah Avropa çempionatının ¼ final mərhələsində Fransaya qarşı oynayacaq.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər