Modern.az

“Terror aktı ilə bağlı 20 nəfər İŞİD üzvü saxlanılıb”

“Terror aktı ilə bağlı 20 nəfər İŞİD üzvü saxlanılıb”

2 İyul 2016, 21:58

“İstanbulun Atatürk hava limanında törədilən terror aktı ilə bağlı 20 nəfər İŞİD terror qruplaşmasının üzvü saxlanılıb. Toplanan ilkin sübutlar terror aktının İŞİD tərəfindən törədildiyini təsdiqləyir”. Modern.az saytı xəbər verir ki, bunu terror aktının törədildiyi Atatürk hava limanına baş çəkmiş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

Qeyd edək ki, ötən gün Türkiyə mətbuatı hüquq-mühafizə orqanlarında mənbəyə istinadən özünü partladan terrorçulardan ikisinin Rusiya vətəndaşı Rakim Bulqarov və Vadim Osmanov olduğunu bildirib. İŞİD üzvü Çeçen əsilli Əhməd Çatayevin Atatürk hava limanında törədilən terror aktının təşkilatçısı olduğu ehtimal edilir. Türkiyə terror aktının təşkilatçısı olduğu ehtimal edilən Çeçenistanın Veden rayonunun sakini  Əhməd Çatayev bir müddət Gürcüstanda yaşayıb. Gürcüstan vətəndaşlığı aldıqdan sonra o, 2015-ci ildə Suriyaya yollanıb.  

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq