Modern.az

“Avro 2016”da erkən FİNAL: Almaniya yarımfinalda

“Avro 2016”da erkən FİNAL: Almaniya yarımfinalda

3 İyul 2016, 01:50

Avropa çempionatının 1/4 final mərhələsində növbəti oyun keçirilib. Modern.az saytı xəbər verir ki, bu dəfə Almaniya millisi İtaliya ilə qarşılaşıb. "Erkən final" adlandırılan oyunda hesabı Almaniya komandası açıb. Belə ki, oyunun 64-cü dəqiqəsində Almaniya Məsud Özilin qolu ilə hesabda irəli çıxıb - 1:0. Lakin matçın 78-ci dəqiqəsində Leonardo Bonucci penaltidən hesabı bərabərləşdirib - 1:1.

Oyunun əsas vaxtı elə bu hesabla yekunlaşıb. Əlavə vaxtda da komandalar fərqlənə bilməyib.

Penaltilər mərhələsində isə daha dəqiq olan Almaniya yarımfinala vəsiqə qazanıb (6:5).

Qeyd edək ki, yarımfinalda mübarizə aparacaq ilk cütlük Uels və Portulqaliya komandalarıdır.

Almaniya isə yarımfinalda Fransa - İslandiya cütünün qalibi ilə qarşılaşacaq.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir