Modern.az

Qanlı terroru imkanlı tələbələr törədib

Qanlı terroru imkanlı tələbələr törədib

3 İyul 2016, 19:41

Dəkkədəki terror aktını yaşları 23-28 olan Banqladeşin imkanlı ailələrində böyüyən və yaxşı təhsil alanlar törədib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu milli polisin rəhbəri Şaxidul Xoki bəyan edib.

Hüquq-mühafizə orqanlarındakı yüksək vəzifəli əməkdaşın sözlərinə görə, yaraqlıların hamısı tələbələrdir və hücum yerində benqal və ingilis dillərində danışıblar.

Avtomatla silahlanan kişilərin Dəkkədə restorana hücumu zamanı 20 nəfər ölüb. Onların hamısı İtaliya və Yaponiya vətəndaşlarıdır. Bundan əlavə, ABŞ Dövlət Departamenti bu ölkə vətəndaşının da öldüyünü xəbər verib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!