Modern.az

“Dünya Qarabağ münaqişəsinin dondurulmuş olmadığını gördü”

“Dünya Qarabağ münaqişəsinin dondurulmuş olmadığını gördü”

3 İyul 2016, 21:53

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında canlanmanın bir neçə səbəbi var. Çoxları belə bir fikir formalaşdırmaq istəyirlər ki, guya Dağlıq Qarabağ dondurulmuş münaqişədir. Lakin son hadisələr zamanı ermənilərin törətdikləri təxribatlarla bağlı dünya gördü ki, bu münaqişə heç də dondurulmuş deyil”. Modern.az saytı xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS-ə müsahibəsində bildirib.

N.Məmmədov vurğulayıb ki, son dövrlər baş verənlər də göstərdi ki, artıq 25 ildir davam edən bu münaqişə həll olunsun: “Aprel hadisələrindən sonra ABŞ problemin həlli ilə bağlı daha aktiv səy göstərdi. Vyana görüşü ABŞ-ın təşəbbüsü ilə reallaşdı. Amma insaf naminə demək lazımdır ki, ATƏT-in Minsk qrupunun digər həmsədrləri Rusiya və Fransa da münaqişənin sülh yolu ilə həllində və irəliyə doğru addım atılmasında maraqlıdır”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür