Modern.az

“Şəxsən mən əminəm ki, Azərbaycan yaxın aylarda yenə hücum edəcək...”

“Şəxsən mən əminəm ki, Azərbaycan yaxın aylarda yenə hücum edəcək...”

Qarabağ

4 İyul 2016, 12:49

“Şəxsən mən hesab edirəm ki, böyük ehtimalla Azərbaycan yenə hücum edəcək, ola bilsin daha kiçik miqyasda və daha az intensivliklə, ancaq istənilən halda problemin hərbi yolla həllini tapmağa çalışacaq”.

 

Modern.az Virtualaz.org xəbər verir ki, belə rəylə İrəvandakı Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyan 1in.am saytına Dağlıq Qarabağ münaqişəsi ətrafında son hadisələri və danışıqları şərh edərkən çıxış edib.

 

“Ehtimal ki, Azərbaycanın hücumu yaxın aylarda olacaq, bunu çəkindirmə mexanizmlərinin qıtlığı nümayiş etdirir, yəni Azərbaycanı hücumdan çəkindirən heç nə yoxdur. Rusiya, ABŞ və Fransa kimi güclü dövlətlərin həmsədrlik etməsinə baxmayaraq Minsk Qrupunun imkanları məhduddur, onların münaqişənin özünə və münaqişə tərəflərinə çox az təsir rıçaqları var”- erməni ekspert deyib.

 

Kirakosyanın fikrincə Azərbaycan yenidən hücuma keçib bir-iki rayonu qaytarmaq istəyəcək. Çünki aprel döyüşlərində Azərbaycanın əsl məqsədi strateji planda “zəbt olunmuş ərazilərin geri alınmasından daha çox Dağlıq Qarabağın özünə yönəlmişdi”.

 

“Ola bilsin Minsk Qrupu və xüsusən də Rusiya Ermənistana təzyiq göstərsin ki, 1-2 rayonu Azərbaycana qaytarmaq lazımdır” -  Kirakosyan əlavə edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır