Modern.az

Konstitusiya Məhkəməsi Ağdaşın yeni deputatını təsdiqlədi

Konstitusiya Məhkəməsi Ağdaşın yeni deputatını təsdiqlədi

5 İyul 2016, 12:12

Bu gün Konstitusiya Məhkəməsinin plenar cilası keçirilib.

Modern.az-ın xəbərinə görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin protokoluna baxılıb.

Plenum iclasında seçkilərlə bağlı məlumat verilib. Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul etmək üçün fasilə elan edib.

Məşvərətdən sonra sədr Fərhad Abdullayev deyib ki, məhkəmə seçkilərin yekunları rəsmən təsdiqləyib.

Xatırladaq ki,  iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilib. Təkrar seçkilərdə həmin dairədən 40 203 seçicidən 19 674 (85,56%) nəfəri hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Cavid Osmanova səs verib. Ümid Partiyasının sədri İqbal Ağazadə isə 1802 (7, 84%) səslə ikinci olub.

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı