17 iyul 2018, Çərşənbə
Ana Səhifə - FOTOSÖHBƏT - Deputat Aqil Abbasla FOTOSÖHBƏT
Deputat Aqil Abbasla FOTOSÖHBƏT
01.04.2016, 11:48

 

Bu gün Milli Məclisin deputatı, tanınmış yazıçı-jurnalist Aqil Abbasın doğum günüdür. Əməkdar jurnalist bu gün 63 yaşını qeyd edir. Ad günü təəssüratlarını Modern.az-la bölüşən deputata 63 yaşın "peyğmbər yaşı" olduğunu xatırlatdıqda o, "əstağfürüllah, mən peyğəmbərin əlinə su tökməyə belə, layiq deyiləm" cavabını verdi.

Modern.az saytı Aqil Abbasla FOTOSÖHBƏT layihəsini təkrar yayımlayır.

Aqil Məhəmməd oğlu Abbasov (Abbas) 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Bayat kəndində doğulub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycanın əməkdar jurnalistidir. «Araz», «Dan ulduzu», «Qızıl qələm» mükafatları laureatıdır. 8 kitabın müəllifidir. 1976-cı ildən Ağsu şəhər internat məktəbində müəllim işləyib. 1977-ci ildən «Elm və həyat» jurnalında, 1987-ci ildən «Sovet kəndi» qəzetində çalışıb.
1990-cı ildə «Ədalət» qəzetini yaradıb. 1990-cı ildən 2005-ci ilədək “Ədalət"in baş redaktoru olub. İndi təsisçisidir.
 
2005-ci ildə Azərbaycan Milli Məclisinin 3-cü, 2010-cu ildə 4-cü, 2015-ci ildə 5-ci çağırışına deputat seçilib.

Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edib.

Yazıçının "Dolu" romanı əsasında ekranlaşdırılan "Dolu" filmi son illər Qarabağ müharibəsi mövzusunda çəkilən ən yaxşı filmlərdən biridir.

<p"> <p">Aqil Abbas evlidir, iki oğlu var. Həyat yoldaşı İradə Tuncay görkəmli şair Məmməd Arazın qızıdır. 

 

Bu şəkil 1966-cı ildə Şuşada, Turşsuda çəkilib. Yanımdakı qohumumdu.

 

6-cı sinifdə oxuyanda çəkdirmişdik bu şəkli. Bu sinifdə mənə ögey kimi baxdılar. Ağcəbədidən Ağdama təzə köçmüşdük. Birinci sırada sağda oturmuşam.

 

Anam Solmaz, atam Məhəmməd. Bu şəkli 1970-ci ildə mən ali məktəbə qəbul olunanda çəkdiriblər. 

 

<p">1970-ci ildə bacımla birgə. Ali məktəbə təzə qəbul olunmuşdum...

Soldakı mənəm. Qohumlarımla bir yerdə, 1970-ci ildə Kəlbəcərdə - İstisudayıq...

Ali məktəbdə oxuyuram - 1972-ci il. Xalam oğlu ilə birgə...

 

Arif Süleymanovla bir yerdə oxumuşam. 1972-ci il. Ariflə çox yaxın dost olmuşuq. Bir partada oturmuşam indi də dostluğumuz davam edir.

1973-cü ildə tələbə-tərbiyəçi kimi Buzovnaya iki aylıq dərs deməyə getmişdim, pioner dərnəyinə...

 

1974-cü il, Hacıkənd. Çox pis gitara çalıram. Bir məsəl var, deyirlər “xoş halına ay eşitməyən”.

 

<p">Tələbəlik illəri... 4-cü kursda oxuyuram. O vaxt uzun bakinport saxlamaq dəb idi.

 

<p">1976-cı ildə xalam oğlu rəhmətə getmişdi... O zaman çəkilib bu şəkil.

1976-cı il, o zamanki Lenin Sarayının qarşısındakı parkda kəndçilərimlə birgə. Bunların hamısı şahmat xəstəsiydi...

 

1976-cı il. Universiteti yenicə bitirmişəm.

 

1976-cı ildə dostum göyçaylı Arizlə Qız Qalasının qarşısında dincəlirik.

 

1976-cı il Ağdam məscidin önü... Gitaraçı Eldar Kərimov, ortada mən, sağdakı da Ağdam Teatrının artisti Naqil Pirimov.

Vaqif  İbrahimov dərnəyində çəkilib, 1977-ci il. Dərnəkdə gənc şairlərin ildə bir dəfə toplantısı keçirilirdi. Şair Fikrət Qoca (ortada) qonağımızdı.

1977-ci ildə “Elm və Həyat ”jurnalında işləyirdim. İş yoldaşlarımla birgə toya getmişdik.

1980-ci ildə Əsgəran qalasını önündə çəkdirmişik bu şəkli. Jurnalist dostum Maliklə bir yerdə...

 

<p">Ağdamdakı həyətimzdi. Şəkil 1985-ci ildə çəkilib. Qucağımda böyük oğlum Toğruldu.  

1988-ci il, Bakı. Oğlanlarımla birgə... Onda hələ balacaydılar....

1988-ci ildə çəkilib, ən çox xoşuma gələn şəkillərimdəndi...

 

<p"> 1989-cu ildə oğlanlarım Toğrul və Tuncayla. Onlar yavaş-yavaş böyüyürlər, mən də qocalıram. 

 

Palkovnik Mirmehti dostum idi Amerikanın Hyuston şəhərində xəstəxanada müalicə alırmış mənim xəbərim yox idi, getdim onu orda tapdım. 1993-cü il. 

1993-cü il, Məmməd Arazın yubleyi idi. Foyedə Məmməd müəllim mənə dedi ki, "Aqil ehtiyatlı ol, yıxılaram". Mən də ona qayıtdım ki, "bütün dünya ayağa qalxsa, səni yıxa bilməz, çünki qolundan Heydər Əliyev tutub”.

Məmməd Araz, qaynanam, oğlanlarım və mən. 1995-ci il, evdə...

1996-cı ildə İstanbulda oğlum Toğrulla. Uşaq əyləncə mərkəzindəyik.

 

<p">Məmməd Arazın evində ailəmizlə bir yerdə... 1996-cı il. Mənim solumda dayanan Cəfər həkimdi, biz ona əmi deyirik.

Kabinetimdə çəkilən ən yaxşı şəkillərdən biridi.1997-ci il.

Bu mənim futbol komandamdı, "Ədalət" qəzetin işçiləri ilə. 1998-ci ildə redaksiyalar arasında <p">futbol yarışı keçirilirdi. 

 

Tələbəlik dostum Vilayət Quliyev xarici işlər naziri olan vaxtlardı... <p">Onunla bir kursda oxumuşuq, həm də bir kənddənik, dostluğumuz indi də davam edir.

 

Yaxın dostum Lerikin keçmiş icra başçısı Novruz Novruzov məni Lerikə dəvət etmişdi 2000-ci ildə. Şəkil çəkdirdiyimiz yer Zuvand kəndidi. Cənnəti görmək istəyən Lerikə-Zuvanda getsin...

 

Ceyhun Hacıbəylinin nəvəsi. Babasını ad və soyadını daşıyır - o da Ceyhun Hacıbəylidi... 

 

Mən "Qarabağ" klubunun fəxri prezidenti olan zaman AFFA-nın xüsüsi mükafatını alıram.

 

<p">Şahmar Əkbərzadə əmim oğludu, bizə qonaq gəlmişdi. Sağdakı da qaynanamdı.

 

Ən çox sevdiyim sənətkar və dostum Həsən Məmmədovla birgə çəkdirdiyim şəkil 2000-ci ildə lentə alınıb.

 

Ankara Polis Akademiyasını bitirmiş gənclərə qonaqlıq veririk Bakıda. 2004-cü il.

 

<p">Türkiyənin İqdır şəhərinə getmişdik. Ortada İqdır bələdiyyəsinin başqanıdər, sağda da Əflatun Amaşov.

Ankaradayıq. Ankara Polis Akademiyasının rəisi ilə bir yerdə. Oğlum Toğrul oranın tələbəsi idi. 2004-cü il.

Bu şəkil Hollandiyada çəkilib.Yanımdakı Həsən Zeynalovdu. 2008-ci il Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirə getmişdik

 

Fəvvarələr meydanında bir qrup gənc "Kitabla maariflən" şüarı altında bir saatlıq kitab oxuma aksiyası keçiriblər. Millət vəkili Aqil Abbas da onlara dəstək verir.  

 

Milli Məclisin foyesi... Təhlükəsizlik və müdafiə komitəsinin iclasından çıxmışıq.

 

Yazıçılar Birliyinin “Natəvan” klubunda 2009-cu ilin ədəbi yekunlarının mükafatlandırma mərasimi.

 

"Media Açarı - 2009" müsabiqəsinin təqdimatı zamanı: Aqil Abbas: "Qadanalım necəsən?", Vaqif İbrahimoğlu: "Həkimsən..?"

 

<p">2009-cü il. Xalq şairi Söhrab Tahirlə bir yerdəyik...

 

«Rusenborq»u ilə qarşılaşacaq «Qarabağ» klubunun məşqini izləyənlər arasında deputat və «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid də var.

Milli Məclisin iclas zalında...

 

Ağdamın işğalının 17-ci ilinin anım günündə....

 

Xanımımla Türkiyədəyik. Efes bölgəsində...

Nəvəm Tansunun ad günündə oynayıram...

İradə xanımla son zamanlar çəkilən şəkillərimizdən biri...

 

Modern.az


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
ruslan
24.01.2011, 13:26

aqil muellim ziyalidi amma cilqin ziyalidi men aqdamli deyilem shamaxiliyam amma seviremda bu kishunin meziyyetlerini. aqil muellim danishirki bir defe dede suleyman dediki ay aqil gece yuxumda rayonumuzu gorum yaman darixmisam fuzui ucun. deyir cavab verdim ki, ay dede darixmisan getda fuzuliye fuzulinin ayaqi yoxduki gelib seni gorsun. heqiqetende beledi bu ziyali publisist aqil abbasin qarabaq problemi haqqinda soylediyi en gozel en orjinal fikirdi "biz qarabaqdan darixsaq gedib onu azad ederikdemeli darixmamisiq ve qarabaq hele bize lazim deyil" halaldi size aqil muellim. men corekden,sudan,isiqdan,hicabdan otru yol kesen mitiq eden kutle gordum amma qarabaqdan otru mitiq eden "Qarabaqi qaytarin bize " feryad eden kutle gormedim. belke sehv edirem cenablar. demeli aqil muellim duz deyir biz qarabaqcun darixmamisiq darixsaq gedib azad ederik mubariz kimi feri kimi ehmed kimi, Allah olarin ozlerine aqil muelliminde olonlerine rehmet elesin

gunel
24.01.2011, 16:30

Irade xanimla raziyam - Dorian Qreyin portreti

ayan
26.01.2011, 15:16

Cox gozel bir insandi.eyni zamanda da vetenperverdi.ona uzun omur ve can sagligi arzulariram

Kerem
28.01.2011, 12:42

Aqil Abbas her seyden danisha biler ve yaxshi da eder. Hami kimi onun bir cox fikirleri menim de xosuma gelir. Amma ondan sade bir genc Azerbaycanli kimi xahish edirem ki, televiziyaya cixib rusvet eleyhine, rusvet alanlarin eleyhine danisib bizi dolamasin...

Amil Garayev
11.02.2011, 18:35

Aqil bey siyaset uchun uygun adam deyil. Siyasetde bir cebhede dayanmaq teleb edilir, o da onda yoxdur.

Nurlan Novruzov
04.03.2011, 21:22

Aqil Abbas emimin dostudu ve yaxindan taniyiram onu gozel insandir....

bitərəf
07.03.2011, 03:06

Ayaz Mutellimovun dovrunde H.Aliyevin eleyhine yazan jurnalist olub!Malades indi de deputatdir!

seva
10.03.2011, 04:14

bacarana can qurban

ramil
14.03.2011, 00:09

mende ele bilirdim bu agdamlidi,ozume derd eliyirdimki gor menim yerrime baxe,, neyseki wukur yerrim cixmadi..

ALTAY
28.03.2011, 10:02

Aqil muallim cox savadli,mudrik bir insandir.onun aleyhina yazilanlar,cafangiyatdir.biz siznan faxr edirik

ayla
29.04.2011, 15:10

bu insana boyuk hormetim var. yazilarina ve fikirlerine esas.

Ferid
26.09.2011, 18:51

cox deyer verdiyim shexsiyetdi Allah onu qorusun.

Firengiz
04.01.2014, 00:11

bilirsiniz ne var agzinizin daniwigini bilin lap ela insandir o, gedin etrafiniza baxin deqiq fikirlewinki bu dovletin inkiwafina kim mane olur. neyse cox wey yazardim amma lazim deyil. xeberciler coxdur dunyada.

Azer
30.01.2014, 08:31

Aqill müəllim çox gozəl insandı allah ona can sağlıqı versin.

MEZLUMOV SERXAN ELXAN OGLU
05.03.2014, 06:26

AQIL MELLIM ALLAH SIZE OMUR UZUN CANSAGLIGI ARZU EDIREM .MEN SERXAN MUDAFIYE NAZIRINEN AQDAM KOMSSARLIGI SORGU GONDERIV VE MEN QARABAG LACIN AQDAM DOYUSLERINDE ISDIRAK ETMISEM AMMA NAZIRLIYIN KOMISSASI OLUB LAKIN BETRAN VESIQESIN HELEDE ALA BILMIREM XAHIS EDIREM MENE KOMEKLIK EDESINIZ.ALLAH SIZE HEMISE KOMEK OLSUN..

Abbasov Musfiq
02.12.2014, 09:49

Sizi cox istəyirik aqil məllim size qurban olum

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanlı sehrbazı kobra sancdı
17.07.2018, 00:57

Azərbaycanlı sehrbazı kobra sancdı

FİFA Serbiyanı böyük məbləğdə cərimələyib
17.07.2018, 00:35

FİFA Serbiyanı böyük məbləğdə cərimələyib

Müasir tarixin ən zəngin adamı
17.07.2018, 00:16

Müasir tarixin ən zəngin adamı

BMT Rusiya və  ABŞ liderlərinin görüşünü alqışladı
16.07.2018, 23:58

BMT Rusiya və  ABŞ liderlərinin görüşünü alqışladı

Azərbaycan nefti ucuzlaşıb
16.07.2018, 23:44

Azərbaycan nefti ucuzlaşıb

ABŞ-da rusiyalı qadın casus yaxalandı
16.07.2018, 23:35

ABŞ-da rusiyalı qadın casus yaxalandı

Xalq artisti yenidən görüntüləndi - FOTOLAR
16.07.2018, 23:07

Xalq artisti yenidən görüntüləndi - FOTOLAR

“Şərq Tərəfdaşlığı” sammitinin vaxtı açıqlanıb
16.07.2018, 22:49

“Şərq Tərəfdaşlığı” sammitinin vaxtı açıqlanıb

Onlar ölkələrində qəhrəman kimi qarşılandı-FOTO
16.07.2018, 22:36

Onlar ölkələrində qəhrəman kimi qarşılandı-FOTO

“Prezidentin ilk 100 günü” qeyd edildi - FOTOLAR
16.07.2018, 22:24

“Prezidentin ilk 100 günü” qeyd edildi - FOTOLAR

Ödənişi 2 ay gecikdiyindən maşını əlindən alındı - VİDEO
16.07.2018, 22:02

Ödənişi 2 ay gecikdiyindən maşını əlindən alındı - VİDEO

"Tok"la balıq tutmaq istəyərkən şəxs özü öldü
16.07.2018, 21:49

"Tok"la balıq tutmaq istəyərkən şəxs özü öldü

İtaliya prezidenti Azərbaycana gəlir
16.07.2018, 21:33

İtaliya prezidenti Azərbaycana gəlir

Putin Trampa DÇ-nin rəsmi topunu hədiyyə edib
16.07.2018, 21:21

Putin Trampa DÇ-nin rəsmi topunu hədiyyə edib

Bakıda avtobus yandı
16.07.2018, 21:09

Bakıda avtobus yandı

Ermənistanda Ədliyyə Nazirliyinin binası uçdu: 1 ölü. 2 yaralı
16.07.2018, 20:57

Ermənistanda Ədliyyə Nazirliyinin binası uçdu: 1 ölü. 2 yaralı

Bu il heyvanlar arasında təhlükəli manqo xəstəliyi aşkarlanmayıb
16.07.2018, 20:43

Bu il heyvanlar arasında təhlükəli manqo xəstəliyi aşkarlanmayıb

“Görüş iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi oldu”- Tramp         
16.07.2018, 20:29

“Görüş iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi oldu”- Tramp         

Dövlət Neft Fondu gəlir və xərclərini açıqladı
16.07.2018, 20:14

Dövlət Neft Fondu gəlir və xərclərini açıqladı

Trampla Putinin mətbuat konfransında İNSİDENT
16.07.2018, 20:03

Trampla Putinin mətbuat konfransında İNSİDENT

Azərbaycanda yeni Dövlət Agentliyi yaradıldı
16.07.2018, 19:56

Azərbaycanda yeni Dövlət Agentliyi yaradıldı

Putin və Trampın mətbuat konfransında insident olub
16.07.2018, 19:51

Putin və Trampın mətbuat konfransında insident olub

Putin: “Rusiya və ABŞ dünyada təhlükəsizliyin təmin olunmasında məsuliyyət daşıyır”
16.07.2018, 19:43

Putin: “Rusiya və ABŞ dünyada təhlükəsizliyin təmin olunmasında məsuliyyət daşıyır”

Mətbuat Şurasının İdarə Heyəti Gəncə hadisələrini iclasda müzakirə edib
16.07.2018, 19:33

Mətbuat Şurasının İdarə Heyəti Gəncə hadisələrini iclasda müzakirə edib

Prezident yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvləri təyin edilib
16.07.2018, 19:26

Prezident yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvləri təyin edilib

BTC vasitəsilə 3 milyard barel neft ixrac olunub
16.07.2018, 19:18

BTC vasitəsilə 3 milyard barel neft ixrac olunub

Nazir Bakı Yay Enerji Məktəbində çıxış etdi
16.07.2018, 19:09

Nazir Bakı Yay Enerji Məktəbində çıxış etdi

Rusiyada “quş qripi” aşkarlandı
16.07.2018, 19:00

Rusiyada “quş qripi” aşkarlandı

Bakı Metropolitenindən paytaxtdakı çökmə ilə bağlı AÇIQLAMA
16.07.2018, 18:45

Bakı Metropolitenindən paytaxtdakı çökmə ilə bağlı AÇIQLAMA

ANAMA işçiləri təltif edildi - SİYAHI
16.07.2018, 18:29

ANAMA işçiləri təltif edildi - SİYAHI

Prezident qəzetlərə maliyyə yardımı ayırdı
16.07.2018, 18:16

Prezident qəzetlərə maliyyə yardımı ayır

Tramp Putinlə görüşdən razı qaldı
16.07.2018, 18:10

Tramp Putinlə görüşdən razı qaldı

Qəzəbli kütlə 300 timsahı öldürdü
16.07.2018, 17:48

Qəzəbli kütlə 300 timsahı öldürdü

UNEC-in gənc müəllimi ABŞ universitetində tədqiqat aparır
16.07.2018, 17:41

UNEC-in gənc müəllimi ABŞ universitetində tədqiqat aparır

Deputat: “Dövlətimizə arxadan zərbə vurmaq istəyənlərin niyyəti puç oldu”   
16.07.2018, 17:30

Deputat: “Dövlətimizə arxadan zərbə vurmaq istəyənlərin niyyəti puç oldu”  

ARXİV