Modern.az

Təhsil Nazirliyindən “2” alan şagirdlərlə bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən “2” alan şagirdlərlə bağlı AÇIQLAMA

8 İyul 2016, 12:10

Təhsil Nazirliyi buraxılış imtahanında IX sinif şagirdlərininin “2” qiymət almalarının səbəblərini açıqlayıb.

 

Təhsil Nazirliyindən Modern.az-a bildiriblər ki, Azərbaycanda milli qiymətləndirmədə son 3 ildə 20 mindən çox şagird iştirak edib.

 

Araşdırmalar nəticəsində aydın olub ki, IX sinif şagirdlərinin buraxılış imtahanında “qeyri-kafi” qiymət almalarının əsas səbəbi onların, əslində, ibtidai sinifdə, yəni, 4-cü sinifdə zəif nəticə göstərmələridir.

 

Yuxarı sinifdə zəif nəticə göstərən şagirdlər ibtidai sinfi yaxşı mənimsəmədiklərindən yuxarı siniflərdəki məzmunu da qavramaqda çətinlik çəkirlər.

 

Qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən “Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə “(TSİİL) çərçivəsində 2013, 2014, 2015-ci illərdə həyata keçirilən milli qiymətləndirmə tədqiqatı ümumi təhsil müəssisələrinin müvafiq sinif şagirdlərinin oxuyub-anlama, Azərbaycan dili və riyaziyyat fənləri üzrə mənimsəmə səviyyəsini ölçmək məqsədi daşıyıb.

 

Milli qiymətləndirmə tədqiqatının keçirilmə prosesində təhsilin keyfiyyətinə təsir edən amillər kimi valideynlərin təhsilinin, məktəbəqədər hazırlığın, dərsdənkənar mütaliənin şagird nailiyyətinə təsiri, regionlar arasında şagird nailiyyətlərinin fərqi, kurrikulumun mənimsənilməsi səviyyəsi və digər məsələlər araşdırılıb.

 

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı