Modern.az

TQDK-dan abituriyentlərə XƏBƏRDARLIQ

TQDK-dan abituriyentlərə XƏBƏRDARLIQ

8 İyul 2016, 12:41


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib ki, ümumi orta (9 illik)  və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən və müsabiqə şərtlərini ödəyən cari ilin məzunları üçün elektron ərizə qəbulunun müddəti kolleclərə ixtisas seçimi mərhələsi başa çatanadək uzadılıb.

“Abituriyentlər TQDK-nın internet saytında  “Abituriyentin elektron ərizəsi” formasını doldurduqdan sonra ərizələrini təsdiq etməlidirlər. Orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi ümumi orta təhsil bazası (9 illik)  üzrə 08‑18 iyul, tam orta təhsil bazası (11 illik) üzrə 15-19 avqust tarixlərində aparılacaq”,-deyə TQDK-dan Modern.az-a bildirilib. 


Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!