Modern.az

Bakıda tanınmış jurnalistin maşınını yandırdılar

Bakıda tanınmış jurnalistin maşınını yandırdılar

9 İyul 2016, 12:41

Bakıda tanınmış jurnalistin maşınını yandırıblar. “Bu gecə partlayışa ayılmışam, görmüşəm ki, maşınım yanır”, - deyə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili “Turan”a bildirib.

O, özünün müəyyən qənaətləri olduğunu söyləyib: “Amma istintaq sirridir deyə açıb deyə bilmirəm. Bu il martın 14-də gecə evim yandırılanda olan dəst-xəttdir. Sadəcə, istintaq bir az uzandı deyə, arxayın düşüblər”.

A.Mərzili hüquq-mühafizə orqanlarına xəbər etdiyini söyləyib.

Xatırladaq ki, bu il martın 14-də naməlum şəxslər A.Mərzilinin Xətai rayon prokurorluğu yanında evini yandırmağa cəhd ediblər. Amma yanğını tez söndürmək mümkün olub. Bununla bağlı jurnalist hüquq-mühafizə orqanlarına şikayət edib, faktla bağlı cinayət işi başlanıb.

Bu gecə, iyulun 9-da isə jurnalistin “Hyundai Accord” markalı şəxsi avtomobili yandırılıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı