Modern.az

Yeni deputat: “Bu iki komitədən birində təmsil olunacam”

Yeni deputat: “Bu iki komitədən birində təmsil olunacam”

11 İyul 2016, 13:58

Sentyabrdan parlamentin Gənclər və idman, yaxud İctimai birliklər və və dini qurumlar komitəsində təmsil oluna bilərəm”.

Bu barədə Modern.az saytına açıqlamasında 90 saylı Ağdaş seçki dairəsindən keçirilən təkrar seçkilərin qalibi, Milli Məclisin yeni deputatı Cavid Osmanov deyib.

“Milli Məclis payızda öz işinə başladıqdan sonra hansı qanunvericilik təşəbbüsü ilə çıxış etmək istəduiyimi də açıqlayacam. Həkə ki bu barədə tələsmək istəmirəm”.

Ağdaşdakı əhalinin problemlərinə gəldikdə isə yeni deputat Cavid Osmanov bildirib ki, mövcud problemlərin həlli üçün əlindən gələni edəcək:

“Ölkə prezidentinin regionların sosial iqtisadi inkişafı proqramı çərçivəsində həyat keçirdiyi islahatlar Ağdaş rayonuna da öz müsbət təsirini göstərir və göstərməkdədir.

Cənab prezidentin atdığı qətiyyətli addımlar sayəsində bu gün Ağdaş digər rayonlar kimi özünün inkişaf mərhələsindədir.

Dünyanın ən inkişaf etmiş ölkələrində belə, problemlər var. Hər halda ümumi olan problemlər bizdə də mövcuddur. Ona görə də seçicilərin mövcud problemlərinin həlli üçün əlimdən gələni edəcəm. Çalışacam ki, Ağdaşda əhalinin problemlərinin həllində öz töhfəmi verim”.

Xatırladaq ki,  iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilib. Təkrar seçkilərdə həmin dairədən 40 203 seçicidən 19 674 (85,56%) nəfəri hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Cavid Osmanova səs verib. Ümid Partiyasının sədri İqbal Ağazadə isə 1802 (7, 84%) səslə ikinci olub.

İuyulun 5-də isə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin protokoluna baxılıb və məhkəmənin qərarı ilə seçkilərin yekunları rəsmən təsdiqlənib.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi