Modern.az

Rusiyanın xarici işlər naziri Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Lavrov Bakıya gəldi

11 İyul 2016, 19:00

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun az öncə Azərbaycan Respublikasına işgüzar səfəri başlayıb.

Modern.az xəbər verir ki, iki günlük səfər çərçivəsində Sergey Lavrovun bir sıra rəsmi şəxslərlə görüşü nəzərdə tulub. Bu görüşlərdə ikitərəfli münasibətlərin inkişafı məsələləri, Qarabağ münaqişəsinin nizamlanmasına dair fikir mübadiləsinin aparılacağı gözlənilir

Lavrovun iyulun 12-də azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Xarici İşlər Nazirliyindən bildiriblər ki, görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.


Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi