Modern.az

Saakaşvilinin qaçırılan “Cip”i tapıldı

Saakaşvilinin qaçırılan “Cip”i tapıldı

Aktual

11 İyul 2016, 19:11

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin iyulun qaçırılan “Cip”i Kiyevdə tapılıb. Modern.az Ukrayna mediasına istinadən bildirir ki, bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Avtomobilin tapılması haqda xəbəri Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Anton Qeraşenko da təsdiqləyib.

“Bəli, maşın artıq tapılıb. O, uydurma bir dayanacaqda saxlanılmışdı. Oğruların belə texnologiyası var: maşının patrulun axtaracağını bildiklərindən onu sakit küçədə bir yerdə saxlayırlar. Ehtirasların gərginliyi azalan zaman onu aparırlar”, - o, deyib.

Maşın artıq sahibinə qaytarılıb. Məlum olub ki, “Cip”dən həm Saakaşvili özü, həm də qardaşı David istifadə edir. Bundan əvvəl Ukrayna KİV-də yazılıb ki, avtomobil Saakaşvilinin mühafizəçisinin işlədiyi “Varta” mühafizə firmasınındır.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!