Modern.az

“Rusiya Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır”

“Rusiya Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır”

11 İyul 2016, 20:03

“Biz Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini yüksək dəyərləndiririk. Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi üzrə müsbət dinamika davam edəcək”. Modern.az saytı xəbər verir ki, bunu prezident İlham Əliyev Bakıda Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bildirib.

Dövlət başçısı il ərzində keçirilən görüşləri xatırladıb və qeyd edib ki, bu, iki ölkə arasında əlaqələrin necə inkişaf etdiyini göstərir.

Prezident Azərbaycan Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərinə dəyər verdiyini və buna görə təşəkkür etdiyini bildirib.

Dövlət başçısının sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır.

İki ölkənin müxtəlif sahələrdə qarşılıqlı əlaqələrinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, əsas vəzifə bu münasibətlərin möhkəmləndirilməsindən ibarətdir.

İlham Əliyev Rusiya ilə münasibətləri dostluq və tərəfdaşlıq münasibətləri adlandırıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər