Modern.az

Rusiya Ermənistana hərbiçilər göndərir

Rusiya Ermənistana hərbiçilər göndərir

11 İyul 2016, 20:27

“Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi Dairəsindəki hərbi bazasında hərbi hissəsinin döyüş hazırlığının yoxlaması başlayıb”. Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, yoxlama müddətində əsas diqqət növbətçi qüvvələrə və havadan müdafiəetmə sistemlərinə yönələcək. Bu barədə bölgənin mətbuat katibi məlumat yayıb.

“Yoxlamanın gedişində CHD qərargahının komissiyası İrəvan hərbi qarnizonunda yerləşən Erebuni aviasiya bölmələrinin, Gümrüdəki hərbi bazanın tapşırıqları yerinə yetirməyə hazırlığının, “Kamxud” və “Alagöz” poliqonlarının maddi təlim bazasının vəziyyətini öyrənib” - məlumatda deyilir.

2016-cı ilin fevral ayında Ermənistanda yerləşən Rusiya hərbi bazasında "Snayper - 2016" Ümumrusiya müsabiqəsinə hazırlıq keçirilib.

2015-ci ildə isə Rusiya Ermənistanda yerləşən Kamxud poliqonunda pilotsuz təyyarələrlə manevrlər keçirib. Bu barədə Cənub Hərbi Dairəsi məlumat verib. Hərbi təlimlərdə Rusiya ilə yanaşı Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Ermənistan da iştirak edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər