Modern.az

“Avro-2016”nın ən yaxşıları…

“Avro-2016”nın ən yaxşıları…

11 İyul 2016, 21:25

Avropa çempionatının rəmzi yığma komandası məlum olub. Modern.az saytı xəbər verir ki, rəmzi komandaya çempion Portuqaliya millisindən dörd futbolçu daxil edilib. Çempionatın ən yaxşı futbpolçularını UEFA tərtib edib. Maraqlıdır ki, Uels millisinin ulduz futbolçusu Qaret Beyl heyətə daxil olmayıb.

Qapıçı - Ruy Patrisiu (Portuqaliya);

Müdafiəçilər - Coşua Kimmix, Jerom Boatenq (hər ikisi Almaniya), Pepe, Rafael Gerreyro (hər ikisi Portuqaliya);

Yarımmüdafiəçilər - Toni Kruoos (Almaniya), Co Allen, Aaron Remsi (hər ikisi Uels), Dmitri Payet (Fransa);

Hücumçular - Antuan Qrizman (Fransa), Kriştianu Ronaldu (Portuqaliya).

Qeyd edək ki, “Avro-2016”nın final matçında Portuqaliya əlavə vaxtda vurduğu qolla Fransanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu adına sahib çıxıb. Yeganə qolun müəllifi “Lil” klubunun futbolçusu Eder olub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır