Modern.az

“İslahatlar dərinləşdikcə neftdən asılılığı tamamilə aradan götürəcəyik”

“İslahatlar dərinləşdikcə neftdən asılılığı tamamilə aradan götürəcəyik”

Aktual

11 İyul 2016, 21:57

"Biz artıq postneft döründə yaşayırıq. Bir neçə ildən sonra Azərbaycan dünya bazarına çox böyük həcmdə təbii qaz ixrac edəcək və bunun nəticəsində ölkəyə valyuta axını davam edəcək. Ancaq biz elə postneft dövründə olduğu kimi yaşamalıyıq. Aparılan islahatlar dərinləşdikcə biz neftdən asılılığı tamamilə aradan götürəcəyik. Bundan sonra neftin qiymətinin bizim üçün əhəmiyyəti olmayacaq". Modern.az saytı xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Ölkə başçısı vurğulayıb ki, postneft dövründə ciddi islahatlar aparılmalı idi və aparıldı: “Daha ciddi islahatlar gömrük və vergi sahələrində aparılıb. Qeyd etməliyəm ki, bu il gömrük orqanlarından daxilolmalar 17 % artıq yığılıb ki, bu da müsbət nəticədir. Vergi orqanlarından daxilolmalar 2 % artıq olub, lakin burada da böyük ehtiyatlar var. Vergi orqanlarında da aparılan islahatlar bu sistemin daha da şəffaf olmasına şərait yaradacaq. Gömrük orqanlarında bütün məsələlər şəffaf şəkildə həllini tapır. İnsanlar, xüsusilə də iş adamları bunun müsbət nəticəsini görür. Eyni zamanda bunun nəticəsində ölkəyə daha çox vəsait daxil olur. Əlbəttə, islahatlar daha dərinləşməlidir. Maliyyə nəzarəti daha da gücləndirilməlidir".

 

Prezidentin sözlərinə görə, bir neçə ilə dövlət büdcəsinin böyük hissəsi qeyri-neft sektorunun hesabına formalaşmalıdır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!