Modern.az

“Qaçqın düşərgəsində 8 nəfər ölüb, 50-si yaralanıb”

“Qaçqın düşərgəsində 8 nəfər ölüb, 50-si yaralanıb”

11 İyul 2016, 22:38

Сənubi Sudanın paytaxtı Cubedə BMT sülhməramlılarının mühafizə etdiyi qaçqın düşərgəsində 8 nəfər ölüb, 50-si yaralanıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bəyan edib.

“BMT-nin Cənubi Sudandakı missiyasından aldığımız məlumata görə, son sutka ərzində qaçqın düşərgəsində hücumlar nəticəsində 67 nəfər yaralanıb, onlardan 8-i həyatını itirib”, deyə S.Düjarrik bildirib.

Bundan əvvəl BMT-nin digər nümayəndəsi Fərhan Hak Sudanda Çindən olan iki sülhməramlının öldüyünü, daha 7-nin yaralandığını bildirib.

Cənubi Sudanın paytaxtı Cube şəhərində hökumət qoşunları ilə müxalifət arasında şiddətli döyüşlər davam edir. Son bir neçə gün ərzində ölənlərin sayı 300-ə yaxınlaşır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi