Modern.az

Qobustanda ağır qəza: 1 ölü, 2 yaralı

Qobustanda ağır qəza: 1 ölü, 2 yaralı

Aktual

11 İyul 2016, 23:53

Bakı-Şamaxı yolunda 1 nəfərin ölümü, 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə iyulun 11-də axşam saat 20:00 radələrində magistral yolun 108-ci kilometrliyində, Qobustan rayonunun “Acıdərə” adlanan ərazisində qeydə alınıb.

 

99-FT-702 dövlət nömrə nişanlı “Nissan” və 90-EX-685 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobilləri toqquşub.

     

Hadisə zamanı “VAZ 2107” markalı minik avtomobilindəki sərnişinlər -Tovuz rayon sakini 1959-cu il təvəllüdlü Bayramova Südabə Bahadur qızı, bacısı 1958-ci il təvəllüdlü Bayramova Roza Bahadur qızı, 1979-cu il təvəllüdlü Şükürova Samirə Gülbala qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Südabə Bayramova aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

      

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır