Modern.az

Minsk qrupu həmsədrləri yenidən Qarabağa gedir

Minsk qrupu həmsədrləri yenidən Qarabağa gedir

12 İyul 2016, 00:54

ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun həmsədrləri yenidən münaqişə zonasına yollanmaq niyyətindədirlər. Modern.az saytı xarici mediaya istinadən bildirir ki, qrupun rusiyalı həmsədri İqor Popoviun sözlərinə görə, hələlik səfərin dəqiq tarixi müəyyənləşdirilməyib: «Təbii ki, biz gedəcəyik, lakin hələlik tarix məlum deyil — tərəflərlə danışıqlar gedir. Onlara rahat olan vaxtda, qrafiklərinə uyğun baş tutacaq».

Onun sözlərinə görə, bazar ertəsi günü Vyanada rusiyalı, fransız və amerikalı həmsədrlərin iştirakı ilə ATƏT-in Minsk Qrupunun bütün üzvlərinin plana uyğun toplantısı keçirilib.

Görüşdə ATƏT sədrinin ş.əxsi nümayəndəsi A.Kasprşik də iştirak edib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub