Modern.az

Bu il tələbə olmaq istəyənlərin ən çoxu I qrupdadır - STATİSTİKA

Bu il tələbə olmaq istəyənlərin ən çoxu I qrupdadır - STATİSTİKA

12 İyul 2016, 09:32

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas qrupları üzrə qeydiyyatdan keçən abituriyentlərin sayını açıqlayıb.


TQDK-dan Modern.az-ın sorğusuna cavab olaraq bildirlib ki, bu il tələbə adını qazanmaq istəyənlər arasında ən çox ərizə verənlər I qrupun payına düşür.


Açıqlamaya görə, bu il tələbə adını qazanmaq istəyənlərdən 33267 nəfər I ixtisas qrupuna, 23139 nəfər II ixtisas qrupuna, 20680 nəfər III ixtisas qrupuna, 5821 nəfər IV ixtisas qrupuna sənəd verib.


19652 nəfər isə V ixtisas qrupu üzrə qeydiyyatdan keçib.



Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?